...

Malayziya: Myanma qaçqınlarını qəbul edəcəyik

Dünya xəbərləri Materials 8 Sentyabr 2017 12:44 (UTC +04:00)
Malayziya hökuməti ölkəyə dəniz yolu ilə gələn rohinca müsəlmanlarına sığınacaq verməkdən imtina etməyəcək
Malayziya: Myanma qaçqınlarını qəbul edəcəyik

Bakı. Trend:

Malayziya hökuməti ölkəyə dəniz yolu ilə gələn rohinca müsəlmanlarına sığınacaq verməkdən imtina etməyəcək.

Trend-in məlumatına görə, bunu dövlət rəsmiləri bəyan edib.

Qeyd olunur ki, yaxın həftələrdə və aylarda Malayziyaya Myanmadan qaçqın axını gözlənilir.

Malayziya hökuməti onların sığınacaqla təmin olunacağını bildirib.

Qeyd edək ki, avqustun 25-dən Arakan vilayətində Myanma hərbçilərinin "təhlükəsizlik əməliyyatı" zamanı 2 mindən çox müsəlman qətlə yetirilib, 100 mindən çoxu isə evlərini tərk etməyə məcbur olub.

Xəbər lenti

Xəbər lenti