Bakı. Trend:
Karib dənizi üzərində tüğyan edən “İrma” qasırğası ilə əlaqədar Rusiyanın “Aeroflot” aviaşirkəti 4 reysi təxirə salıb.
Trend-in məlumatına görə, ABŞ-ın Mayami şəhərinə və Kubanın paytaxtı Havanaya, eləcə də əks istiqamətdə uçuşlar təxirə salınıb.
Qeyd edək ki, Fransanın dənizaşırı ərazilərində böyük dağıntılara səbəb olan və hazırda Florida ştatına yaxınlaşan qasırğa azı 16 nəfərin ölümünə səbəb olub.