Bakı. Trend:
Meksika körfəzində "Katya" qasırğasının gücü beş ballıq cədvəl ilə 2 bala çatıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hazırda qasırğa Barra-de-Nautladan 130 kilometr şimal-şərqdə və Verakruzdan 205 kilometr şimal-şərqdədir.
Məlumata əsasən, qasırğa saatda 7 kilometr sürəti ilə hərəkət edir, küləyin maksimal sürəti saatda 155 kilometrə çatır.