...

Roma papası qəza keçirdi - Yaralanıb (FOTO)

Dünya xəbərləri Materials 11 Sentyabr 2017 11:31 (UTC +04:00)
Kolumbiyada səfərdə olan Roma Papası I Fransisk qəza keçirib
Roma papası qəza keçirdi - Yaralanıb (FOTO)

Bakı. Orxan Nəbiyev - Trend:

Kolumbiyada səfərdə olan Roma Papası I Fransisk qəza keçirib.

Trend-in məlumatına görə, Kartaxena şəhərində səyahət edərkən Papanı aparan elektromobil qəflətən dayanıb.

Nəticədə I Fransiskin başı şüşəyə dəyib. Həkimlər Roma papasının qaşından və gözünün altından xəsarət aldığını deyib.

Papaya zəruri yardım göstərildikdən sonra o, gəzintini davam etdirib.

Qeyd edək ki, Roma papası sentyabrın 6-dan 11-dək Kolumbiyada səfərdədir.

Xəbər lenti

Xəbər lenti