Bakı. Trend:
Əfqanıstanın cənubunda NATO patruluna Taliban qüvvələrinin hücumu olub. Trend-in məlumatına görə, bu barədə NATO-nun Əfqanıstanda fəaliyyət göstərən missiyası xəbər yayıb.
Məlumata görə, hücum nəticəsində 1 nəfər Rumıniya hərbçisi həlak olub, daha 2 nəfər yaralanıb.
Qeyd edək ki, ötən gün Qəndahər aeroportu yaxınlığında avtomobilin partladılması barədə xəbər yayılmışdı. İlkin məlumata görə, 3 və ya 4 hərbçinin yaralandığı bildirilmişdi.
Xatırladaq ki, hücumla bağlı məsuliyyəti Taliban öz üzərinə götürüb.