...

Londonda bir neçə nəfər havaya yayılmış kimyəvi maddədən zəhərlənib

Dünya xəbərləri Materials 17 Sentyabr 2017 19:45 (UTC +04:00)
Böyük Britaniyanın paytaxtı Londonun cənubunda bir neçə nəfər havaya yayılmış kimyəvi maddədən zəhərlənib
Londonda bir neçə nəfər havaya yayılmış kimyəvi maddədən zəhərlənib

Bakı. Trend:

Böyük Britaniyanın paytaxtı Londonun cənubunda bir neçə nəfər havaya yayılmış kimyəvi maddədən zəhərlənib.

Tnred-in "TASS"a istinadən verdiyi məlumata görə, zəhərlənələr xəstəxanaya yerləşdirilib. Hadisə yerində hazırda fövqəladə xidmət əməkdaşları araşdırma aparırlar.

Məlumata əsasən, polislər hadisə rayonda hərəkəti dayandırıblar. Yaxınlıqdakı evlərin evakuasiyası mümkündür.

Polislər kimyəvi maddənin havaya yayılmasının terrorla mümkün əlaqəsini araşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti