...

DİQQƏT! Yeni "iPhone"larda bu qüsur aşkar edilib

Dünya xəbərləri Materials 4 Oktyabr 2017 21:31 (UTC +04:00)

Bakı. Trend:

"iPhone X" smartfonlarında uşaqların üzünü tanıma funksiyası tam işləməyə bilər.

Trend-in məlumatına görə, bu barədə "Apple" şirkətinin saytında qeyd edilib.

Məlumatda qeyd olunur ki, telefon 13 yaşdan aşağı uşaqların üz cizgilərini tanımaqda çətinlik çəkə bilər.

Bunun səbəbi kimi uşaqlarda bu yaşlarda üz cizgilərinin tam formalaşmaması göstərilir. Telefon sahibinin əkiz bacı və ya qardaşının olması isə bu funksiyanın işi üçün daha da çətinlik yarada bilər.

Belə hallarda telefonu adi PIN-kod və ya paroldan istifadə etməklə açmaq tövsiyə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti