Bakı. Trend:
Madaqaskarda 130-dan çox adam taun xəstəliyinə yoluxub.
Trend-in məlumatına görə, adada tauna yoluxma faktı avqust ayında ilk dəfə qeydə alınıb.
Ölkə səhiyyə idarəsindən verilən məlumata görə, xəstələtdən 73 nəfəri taunun ən ağır formasına – ağciyər taununa yoluxub.
Son statistik göstəriciyə əsasən, 40-dan çox adam artıq bu xəstəlikdən dünyasının dəyişib.