...

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 15 milyard dollarlıq RƏM sisteminin satışını təsdiqləyib

Dünya xəbərləri Materials 7 Oktyabr 2017 03:14 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına Raket Əleyhinə Müdafiə (RƏM) sisteminin satışını təsdiqləyib
Dövlət Departamenti Səudiyyə Ərəbistanına 15 milyard dollarlıq RƏM sisteminin satışını təsdiqləyib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına Raket Əleyhinə Müdafiə (RƏM) sisteminin satışını təsdiqləyib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, müqavilənin ümumi dəyəri 15 milyard dollar təşkil edəcək.

"Bu satış ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarına xidmət edir, həmçinin Səudiyyə Ərəbistanı və Fars Körfəzi bölgəsinin uzunmüddətli təhlükəsizliyini dəstəkləyir", - Dövlət Departamentinin məlumatında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti