Bakı. Trend:
Suriyada Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus “Su-24” təyyarəsi havaya qalxan zaman qəzaya uğrayıb.
Trend-in məlumatına görə, qəza nəticəsində təyyarə heyəti katapult edə bilməyib və həlak olub.
Qəza Hmeymim aviabazasında baş verib. İlkin məlumatlara görə, qəzaya təyyarədəki texniki qüsurlar səbəb olub.