Bakı. Trend:
ABŞ Dövlət Departamenti ölkənin YUNESKO-dan çıxması barədə məlumat yayıb.
Trend-in məlumatına görə, ABŞ 31 dekabr 2018-ci ilə qədər UNESСO-da üzvlüyə davam edəcək, ondan sonra isə təşkilatda sadəcə müşahidəçi kimi qalacaq.
Ötən gün "Foreign Policy" jurnalı yazmışdı ki, YUNESKO-dan çıxmaq barədə qərar vəsaitlərə qənaət edilməsi və ABŞ hakimiyyətinin fikrincə, təşkilatda baş qaldırmış antiisrail fikirlərə etiraz məqsədilə qəbul edilib.
Xatırladaq ki, Birləşmiş Ştatlar 2011-ci ildə Fələstinin təşkilatın sıralarına tamhüquqlu üzv qəbul edilməsindən sonra YUNESKO-nun maliyyələşdirilməsində iştirakdan imtina etmişdi.