Bakı. Trend:
Fransanın sabiq mədəniyyət naziri Odri Azule YUNESKO-nun baş direktoru vəzifəsinə seçilib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, səsvermədə Azule 30 səs toplayıb, rəqibi qətərli Həməd bin Ədüləziz Əl-Kavari 28 səs toplayıb.
Qeyd edək ki, səsvermədə qələbə qazanmaq üçün azı 30 səs toplamaq lazım idi.