Bakı. Trend:
Rusiya əmindir ki, terrorizmlə ikili standartlar olmadan, radikalların siyasi məqsədlərlə istifadə etmədən mübarizə aparmaq lazımdır.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Rusiya prezidenti Vladimir Putin bəyan edib.
Rusiya lideri bunu Sankt-Peterburq şəhərində Parlamentlərarası ittifaqın assambleyanın açılışında çıxış edərkən deyib.