Bakı. Trend:
Suriyanın Baniyas şəhərində güc strukturları terror altının qarşısını alıblar.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, güc strukturları Baniyas şəhərində terror aktının hazırlandığı barədə məlumat alıblar. Terrorçu şəhərin girişində, nəzarət-buraxılış məntəqəsində güc strukturları tərəfindən mühasirəyə alınıb.
Məlumata əsasən, terrorçu özünü partladıb. Ölən və xəsarət alan olmayıb.