...

Malayziyanın təyyarəsi geri qayıtdı - Səbəb?

Dünya xəbərləri Materials 16 Oktyabr 2017 14:12 (UTC +04:00)

Bakı. Trend:

Malayziyanın “AirAsia” şirkətinə məxsus, Avstraliyanın Pert şəhərindən İndoneziyanın Denpasar şəhərinə uçuş həyata keçirən təyyarə hermetikliyin pozulması təhlükəsi ilə geri qayıdıb.

Trend-in məlumatına görə, təyyarə havaya qalxdıqdan 25 dəqiqə sonra göyərtədə hermetikliyin pozulması barədə siqnal işə düşüb.

Təyyarə eniş etdikdən sonra aparılan araşdırmalar siqnalın hansı səbəbdən işə düşdüyünü müəyyən edə bilməyib.

Hadisə zamanı təyyarədə 151 sərnişin olub. Onlardan heç kim xəsarət almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti