...

Əfqanıstanda iki hücum oldu - 11 polis öldü

Dünya xəbərləri Materials 19 Oktyabr 2017 17:06 (UTC +04:00)
Əfqanıstanda törədilmiş iki ayrı-ayrı hücum nəticəsində 11 polis həlak olub
Əfqanıstanda iki hücum oldu - 11 polis öldü

Bakı. Trend:

Əfqanıstanda törədilmiş iki ayrı-ayrı hücum nəticəsində 11 polis həlak olub.

Trend-in məlumatına görə, birinci hadisə Nimroz əyalətində baş verib.

Məlumata görə, “Taliban” terror təşkilaıtna mənsub silahlılar polis kortejinə atəş açıblar. İnsident nəticəsində beş polis həlak olub, 3 nəfər yaralanıb.

Fərəh əyalətində isə polis məntəqəsinə hücum nəticəsində 6 polisin həlak olduğu, daha bir nəfərin yaralandığı bildirilir.

Bu hadisəyə görə də məsuliyyəti “Taliban” öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti