Bakı. Rufiz Hafizoğlu – Trend:
D-8-in (“İnkişafda olan səkkizlər”) tərkibi genişlənməlidir. Trend-in məlumatına görə, bunu İstanbulda D-8 sammitində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, D-8 ölkələri arasında iqtisadi və siyasi əlaqələr genişlənməlidir və bu ölkələr ticarətdə milli valyutalardan istifadə etməlidir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 sammitində xüsusi qonaq qismində iştirak etmək İstanbula gəlib.
D-8 sammiti bu gün İstanbulda keçirilir. Sammitdə üzv-ölkələr Türkiyə, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan iştirak edir.