...

Suriyada koalisiyanın hava zərbələri nəticəsində 14 nəfər həlak olub, 32 nəfər yaralanıb

Dünya xəbərləri Materials 24 Oktyabr 2017 05:21 (UTC +04:00)
ABŞ-ın rəhbərlik etdiyi beynəəlxalq koalisiya Suriyanın Deyr-əz-Zor şəhərinə hava zərbələri endirib
Suriyada koalisiyanın hava zərbələri nəticəsində 14 nəfər həlak olub, 32 nəfər yaralanıb

Bakı. Trend:

ABŞ-ın rəhbərlik etdiyi beynəəlxalq koalisiya Suriyanın Deyr-əz-Zor şəhərinə hava zərbələri endirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində azı 14 nəfər həlak olub, 32 nəfər isə yaralanıb.

Məlumata əsasən, hava zərbələri hökümət qüvvələrinin nəzarəti altında olan Əl-Kusur rayonuna endirilib.

Londonda yerləşən "İnsan hüquqlarına riayət olunması üzrə Suriya monitorinq mərkəzi " qeyri-hökumət təşkilatı öz növbəsində bildirib ki, hava zərbələri nəticəsində 22 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti