Bakı. Trend:
Türkiyənin paytaxtı Ankarada mədən işçilərini daşıyan avtobus aşıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, avtobusun aşması nəticəsində 28 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Qəzanın səbəbi araşdırılır.