Bakı. Trend:
Kosta-Rikada sərnişin qatarları toqquşub. Trend-in məlumatına görə, qatar qəzası zamanı azı 20 sərnişinin yaralandığı bildirilir, yaralılardan 1 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Yaralı sayının artma ehtimalı var. Belə ki, hər iki qatarda 400-ə yaxın sərnişin olduğu bildirilib.
Qəzanın baş vermə səbəbləri hələ məlum deyil.
İnsidentin baş vermə səbəbləri araşdırılır.