Bakı. Trend:
ABŞ və Rusiya prezidentlərinin görüşü gözlənilir.
Trend-in məlumatına görə, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ və Rusiya dövlət başçıları Donald Tramp və Vladimir Putinin Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığının (APEC) sammitində görüşünü istisna etməyib.
Qeyd edək ki, Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığının yubiley - 25-ci sammiti noyabrın 5-də Vyetnamda keçiriləcək.