...

ABŞ Səudiyyə Ərəbistanına səfərlərin təhlükəli olması barədə vətəndaşlara xəbərdarlıq edib

Dünya xəbərləri Materials 22 Noyabr 2017 03:14 (UTC +04:00)
ABŞ Səudiyyə Ərəbistanına səfər zamanı "riskləri diqqətlə nəzərdən keçirmək" zəruriliyi barədə vətəndaşlara xəbərdarlıq edib
ABŞ Səudiyyə Ərəbistanına səfərlərin təhlükəli olması barədə vətəndaşlara xəbərdarlıq edib

Bakı. Trend:

ABŞ Səudiyyə Ərəbistanına səfər zamanı "riskləri diqqətlə nəzərdən keçirmək" zəruriliyi barədə vətəndaşlara xəbərdarlıq edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Səudiyyə Ərəbistandakı səfirliyinin saytında yayılan bəyanatda bildirilir.

Bəyanatda deyilir: "Dövlət Departamenti Səudiyyə Ərəbistanına səfər zamanı "riskləri diqqətlə nəzərdən keçirmək" zəruriliyi barədə ABŞ vətəndaşlarına xəbərdarlıq edir".

Dövlət Departamenti bildirir ki, terror aktları təhlükəsi Ər-Riyad, Ciddə və Dəhran kimi böyük şəhərlərdə hələ də qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti