...

"Zəlzələ seriyası" davam edir - Xəzər, Çin, Hindistan, İran

Dünya xəbərləri Materials 23 Noyabr 2017 17:49 (UTC +04:00)
Son 24 saat ərzində Asiyanın mərkəzi hissəsində 3 güclü zəlzələ olub
"Zəlzələ seriyası" davam edir - Xəzər, Çin, Hindistan, İran

Bakı. Trend:

Son 24 saat ərzində Asiyanın mərkəzi hissəsində 3 güclü zəlzələ olub.

Trend-in məlumatına görə, Hindistan-Çin sərhədində 4,4 bal gücündə zəlzələ baş verib.

Bundan başqa, İranın cənubunda Bəndər-Abbas şəhərindən 110 kilometr şimal-qərbdə 4,1 bal və ölkənin qərbində Xürrəmabad şəhərindən 60 kilometr şimal-şərqdə 3,8 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar nəticəsində itki və ya fəsadlar barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən gün isə Xəzər dənizində 3 zəlzələ qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti