Bakı. Trend:
Qırğızıstanın yeni Prezidenti Sooronbay Jeenbekov sələfi Almazbek Atambayevə "Ak şumkar" ("Ağ şahin", Respublika Qəhrəmanı) fəxri adı vermək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə yeni dövlət başçısı Bişkekdə inauqurasiyasında deyib.
S.Jeenbekov qeyd edib: "Bu mənim Qırğızıstan Prezidenti kimi ilk fərmanım olacaq".
Qeyd edək ki, A.Atambayev 2011-ci il dekabrın 1-dən respublikaya rəhbərlik edib.