...

Niderlandlı təsadüf nəticəsində Hitlerin çəkdiyi rəsmi 75 sentə alıb

Dünya xəbərləri Materials 26 Noyabr 2017 11:17 (UTC +04:00)
Niderland sakini təsadüf nəticəsində Adolf Hitler tərəfindən çəkilən akvareli alıb.
Niderlandlı təsadüf nəticəsində Hitlerin çəkdiyi rəsmi 75 sentə alıb

Bakı. Trend:

Niderland sakini təsadüf nəticəsində Adolf Hitler tərəfindən çəkilən akvareli alıb.

Trend-in "Volkstrant"a istinadən verdiyi məlumata əsasən, "Köhnə ratuşa" adlı rəsm bazarda cəmi 75 sentə satılıb. Rəsmin yeni sahibi məhşur imzanı yalnız evinə qayıtdıqdan sonra aşkar edib.

Onun qızı bu cür spesifik sənət əsərini evdə saxlamaq istəməyib və onu hərracda satmağa cəhd göstərib, lakin bu cəhd uğursuz olub - hərrac evləri rəsmi hərraca çıxarmaqdan imtına ediblər.

Nəticədə akvarel Hərbi sənədlər institutuna verilib. Bir neçə ay davam edən araşdırmalar nəticəsində müəyyən olunub ki, rəsm həqiqətən Adolf Hitler tərəfində çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti