...

Qüdsdə etiraz aksiyası başladı - Polislə toqquşma

Dünya xəbərləri Materials 15 Dekabr 2017 15:55 (UTC +04:00)
Qüdsün şərqində fələstinlilərlə İsrail polisi arasında toqquşma başlayıb
Qüdsdə etiraz aksiyası başladı - Polislə toqquşma

Bakı. Trend:

Qüdsün şərqində fələstinlilərlə İsrail polisi arasında toqquşma başlayıb.

Trend-in məlumatına görə, əl-Əqsa məscidindən qayıdan sakinlər ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınmasına etiraz olaraq aksiyaya başlayıblar.

Toqquşmaların miqyası böyüdüyündən, bölgəyə atlı polislər yeridilib.

Hazırda aksiya davam edir.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin
paytaxtı kimi tanıdığını elan edib.

Xəbər lenti

Xəbər lenti