...

Polşa HHQ-nin MiQ-29 qırıcı təyyarəsi qəzaya uğrayıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 19 Dekabr 2017 00:14 (UTC +04:00)
Polşa Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcı təyyarəsi qəzaya uğrayıb
Polşa HHQ-nin MiQ-29 qırıcı təyyarəsi qəzaya uğrayıb (YENİLƏNİB)

Bakı. Trend:

Polşa Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təyyarənin pilotu katapult edib və sağdır.

Polşa müdafiə nazirinin müavini Bartoş Kovnatskiy bildirib ki, axtarışlardan sonra pilotun yeri müəyyənləşib və o, xəstəxanaya çatdırılıb.

XXX

23:21

Polşa Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcı təyyarəsi radarlardan itib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, pilot eniş etmək üçün manev etdiyi zaman onunla əlaqə kəsilib.

Hazırda təyyarənin və pilotun axtarışları aparılır.

Xəbər lenti

Xəbər lenti