...

Çində kimya zavodu partladı, sonra yandı - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 19 Dekabr 2017 12:07 (UTC +04:00)
Çinin şərqindəki Şandun əyalətində kimya zavodundan güclü partlayış baş verib.
Çində kimya zavodu partladı, sonra yandı - Ölən və yaralananlar var

Bakı. Trend:

Çinin şərqindəki Şandun əyalətində kimya zavodundan güclü partlayış baş verib. Trend-in məlumatına görə, partlayışın ardına zavodda güclü yanğın başlayıb.

Son məlumata görə, yanğın nəticəsində 7 nəfər həlak olub, daha 4 nəfər xəsarət alıb.

Hazırda yanğının lokallaşdırılması barədə məlumat verilir.

Partlayışın hansı səbəbdən baş verməsi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti