...

Liverpulda 1600 yerlik dayanacaqda bütün avtomobillər yanıb

Dünya xəbərləri Materials 1 Yanvar 2018 05:33 (UTC +04:00)
İngiltərənin Liverpul şəhərində 1600 yerlik avtomobil dayanacağı yanıb
Liverpulda 1600 yerlik dayanacaqda bütün avtomobillər yanıb

Bakı. Trend:

İngiltərənin Liverpul şəhərində 1600 yerlik avtomobil dayanacağı yanıb.

Trend-in məlumatına görə, yanğın nəticəsində dayanacaqda olan bütün avtomobillər yanıb.

Hadisə atların beynəlxalq sərgisinin keçirildiyi "Echo Arena" əyləncə meydançasında baş verib. Yanğın nəticəsində sonuncu - dördüncü şou ləğv edilib və heyvanlar təxliyə olunub.

Yerli sakinlər tüstünün yayılması səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıblar.

Mersisayd qraflığının polis idarəsi bidirib: "İlkin araşdırmalar göstərib ki, yanğın avtomobillərin birində başlayıb, daha sonra isə digər avtomobillərə keçib. Bizim məlumatlarımıza görə, dayanacaqda bütün avtomobillər yararsız vəziyyətə düşüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti