...

Ermənistanda yanacaq bahalaşdı

Dünya xəbərləri Materials 4 Yanvar 2018 17:29 (UTC +04:00)
2018-ci il Errmənistanda benzin, dizel yanacağı və qazın bahalaşması ilə başlayıb
Ermənistanda yanacaq bahalaşdı

Bakı. Trend:

2018-ci il Errmənistanda benzin, dizel yanacağı və qazın bahalaşması ilə başlayıb.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, benzinin qiyməti dekabrın əvvəli ilə müqayisədə 10 faiz artıb.

Dizel yanacağı 7 faiz, qaz 10 faiz bahalaşıb.

Yanacağın qiymətinin artması ölkədə aksiz vergisinin artırılması ilə əlaqələndirilir. Belə ki, Ermənistanda aksiz qiymətləri min kubmetr qaz üçün 16 dollardan 52 dollaradək, bir ton neft üçün 52 dollardan 83 dollaradək artıb.

Xəbər lenti

Xəbər lenti