Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) 2019-cu ildə keçiriləcək prezident seçkilərində öz namizədini irəli sürməyəcək.
Trend-in məlumatına görə, bu barədə partiya sədri Dövlət Bahçeli açıqlama verib.
D.Bahçeli bildirib ki, MHP prezident seçkilərində hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.
Qeyd edək ki, 2019-cu ildə Türkiyədə prezident, parlament və bələdiyyə seçkiləri keçiriləcək. Prezident və parlament seçkilərinin bir gündə keçiriləcəyi gözlənilir.