Bakı. Trend:
İranda dekabrın 28-dən başlayan etirazların arxasında ABŞ və İsrail dayanır, aksiyalar Fars körfəzindəki zəngin bir ölkə tərəfindən maliyyələşdirilir.
Trend-in məlumatına görə, bunu İranın ali lideri Əli Xameneyi deyib.
ABŞ Prezidenti Donald Trampı da tənqid edən Ə.Xameneyi bildirib: "Hətta amerikalıların dediyinə görə ağlı yerində olmayan bu adam nümayiş oyunlarının cavabsız qalmayacağını bilməlidir".
Qeyd edək ki, İranda bir həftədən çoxdur davam edən etirazlar zamanı 3700 nəfər saxlanılıb.