Bakı. Trend:
Böyük Britaniyada Lonqlit safari-parkında qocaman qorilla ölüb.
Trend-in məlumatına görə, Niko adlı qorilla 56 yaşında yatarkən yuxuda ölüb.
Qeyd olunur ki, 1980-ci ildə safari-parka gətirilmiş Niko gölün ortasındakı adada ayrıca evdə yaşayırmiş. Bildirilir ki, qorillanın evində televizoru da olub.
Nikonun 56-cı doğum günü ötən ilin iyulunda təntənəli şəkildə qeyd olunmuşdu.