...

Karib dənizində güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 10 Yanvar 2018 07:16 (UTC +04:00)
Honduras sahillərindən təqribən 200 km-də 7,6 maqnituda gücündə zəlzələ baş verib
Karib dənizində güclü zəlzələ baş verib

Bakı. Trend:

Karib dənizində 7,6 maqnituda gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb. Yeraltı təkanlar Hondurasın Barra-Patuka yaşayış məntəqəsinin təqribən 201 km-də qeydə alınıb. Onun ocağı yerin 33 km dərinliyində yerləşib.

Yeraltı təkanlar Honduras ərazisinin əksər hissəsində, həmçinin Meksikanın cənubunda hiss olunub.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur. Sunami təhlükəsi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti