...

Şərq yenə coşub - Tunisi etirazlar bürüdü

Dünya xəbərləri Materials 10 Yanvar 2018 13:22 (UTC +04:00)

Bakı. Trend:

Tunisin bir neçə şəhərində ölkədə qiymət artımına etiraz olaraq kütləvi aksiyalar keçirilib.

Trend-in məlumatına görə, aksiyalar zamanı etirazçılarla polis arasında qarşıdurma yaranıb. Məlumata görə, qarşıdurmalarda 50-yə yaxın polis xəsarət alıb.

Tunis Daxili İşlər Nazirliyi 206 nəfərin saxlandığı barədə məlumat yayıb. Ölkənin şimalındakı Teburba şəhərində isə 1 etirazçının ölümü barədə xəbərlər yayılıb.

Qeyd edək ki, paytaxt Tunisdə və digər şəhərlərdə etirazlar iki gündür ki, davam edir. Etirazçılar vergilərin artırılmasına etiraz edirlər. Onlar həmçinin işsizlik probleminin həll olunmasını tələb edirlər.

Xəbər lenti

Xəbər lenti