Bakı. Trend:
Son 3 saat ərzində İranda ardıcıl olaraq iki güclü zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, yeraltı təkanlar İran-İraq sərhədində qeydə alınıb.
İlk zəlzələnin maqnitudası 5, bir müddət sonra təkrarlanan yeraltı təkanların gücü isə 5,4 bal olub.
Məlumata görə, təkanlar yerin 10 kilometr dərinliyinə qeydə alınıb.
Zəlzələ nəticəsində dağıntılar və insan tələfatı barədə hələ məlumat yoxdur.