Bakı. Trend:
İsrail aviasiyası Qəzza zolağının Misirlə həmsərhəd zonasına “terrorçu infrastruktur”un olduğunu iddia edərək əraziyə aviazərbə endirib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hərbçilər zərbənin konkret səbəblərini açıqlamayıblar, lakin bildiriblər ki, yaxınlıqda yerləşən "Kərəm Şalom" sərhəd nəzarət-buraxılış məntəqəsi təhlükəsizlik baxımından bazar günü bağlanacaq.
İsrail baş verənlərə görə məsuliyyətin HƏMAS-ın üzərində olduğunu vurğulayıb.