Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması üçün Ermənistana 200 milyon avro ayırmağı vəd edib.
Trend bu barədə “Nezavisimaya qazeta”ya istinadən məlumat verir.
Qeyd olunur ki, Brüssel AES-i alternativ enerji mənbələri ilə əvəz etməyi təklif edib.
Qeyd edək ki, Metsamor AES 1970-ci illərdə tikilib. 1988-ci ildə Spitakda baş vermiş güclü zəlzələdən sonra stansiya fəaliyyətini dayandırsa da, 1995-ci ildə beynəlxalq səviyyədə etirazlara baxmayaraq, yenidən açılıb.