...

4 xarici məhbus həbsxanadan qaçıb - Döşəküzlərilə

Dünya xəbərləri Materials 17 Yanvar 2018 17:58 (UTC +04:00)
Fransanın paytaxtı Paris yaxınlığında 4 əcnəbi vətəndaş həbsxanadan qaçıb
4 xarici məhbus həbsxanadan qaçıb - Döşəküzlərilə

Bakı. Trend:

Fransanın paytaxtı Paris yaxınlığında 4 əcnəbi vətəndaş həbsxanadan qaçıb.

Trend-in məlumatına görə, məhbuslar pəncərədə dəmir barmaqlıqları mişarlayaraq döşəküzlərindən hazırlanmış ip vasitəsilə qaçıblar.

Qaçan məhbusların milli mənsubiyyəti açıqlanmır.

Qeyd edək ki, ötən həftənin sonlarından etibarən Fransada həbsxana nəzarətçiləri təhlükəsizlik tədbirlərinin kifayət qədər olmamasından şikayət edərək aksiyalar keçirirlər. Bir neçə gün əvvəl həbsxanaların birində 50-yə yaxın nəzarətçi işə çıxmaqdan imtina etmişdi.

Xəbər lenti

Xəbər lenti