...

Sena məcrasından çıxdı, Parisi su basdı (FOTO)

Dünya xəbərləri Materials 25 Yanvar 2018 13:23 (UTC +04:00)
Fransada Sena çayı məcrasından çıxıb.
Sena məcrasından çıxdı, Parisi su basdı (FOTO)

Bakı. Trend:

Fransada Sena çayı məcrasından çıxıb.

Trend-in məlumatına görə, çayda suyun səviyyəsi ən azı 3,3 metr qalxıb. Daşqın nəticəsində sahilə yaxın ərazilər su altında qalıb.

Yerli hakimiyyət şəhərin şərq hissəsindən Eyfel qülləsinədək çay boyunca yollarda hərəkəti dayandırmağı qərara alıb.

Parisin 6 dəmiryol vağzalı bir neçə günlük bağlanıb.

Meteoroloqların proqnozuna görə, çayda suyun səviyyəsi yenə qalxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti