...

Çavuşoğlu: ABŞ etibarını itirib

Dünya xəbərləri Materials 25 Yanvar 2018 15:36 (UTC +04:00)
Amerika Birləşmiş Ştatları etibarını itirib.
Çavuşoğlu: ABŞ etibarını itirib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Amerika Birləşmiş Ştatları etibarını itirib. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Reks Tillersonun Suriya ilə sərhəddə təhlükəsizlik zonasının yaradılması ilə bağlı təklifini şərh edərkən deyib.

Nazir bildirib ki, bu etibar tezliklə bərpa olunmayacaq və Ankara bu təklifin müzakirə edilməsini əhəmiyyətsiz hesab edir:

"ABŞ, ilk növbədə, Türkiyənin ona olan etibarını bərpa etməlidir".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti