...

Afrikalılar Davosda Trampın çıxışını boykot etməyə hazırlaşırlar

Dünya xəbərləri Materials 26 Yanvar 2018 16:00 (UTC +04:00)
Afrika ölkələrinin nümayəndələri Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ Prezidenti Donald Trampın çıxışını boykot etməyə hazırlaşırlar.
Afrikalılar Davosda Trampın çıxışını boykot etməyə hazırlaşırlar

Bakı. Trend:

Bir sıra Afrika ölkələrinin nümayəndələri Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ Prezidenti Donald Trampın çıxışını boykot etməyə hazırlaşırlar.

Trend-in məlumatına görə, etiraza səbəb bundan əvvəl D.Trampın Afrika ölkələri haqqında nalayiq sözlər işlətməsi olub.

Afrika ölkələrinin nümayəndə heyətləri Birləşmiş Ştatların rəhbərini üzr istəməyə çağırır.

Qeyd edək ki, yanvarın 11-də D.Tramp ABŞ Konqresinin üzvləri ilə miqrasiya islahatlarına həsr olunmuş görüşündə Afrika ölkələrini "murdar dəlik" adlandırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti