...

Panama sahillərində 5,7 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 28 Yanvar 2018 04:06 (UTC +04:00)
Sakit okeanda Panamanın cənub sahilləri yaxınlığında 5,7 bal gücündə zəlzələ olub.
Panama sahillərində 5,7 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Sakit okeanda Panamanın cənub sahilləri yaxınlığında 5,7 bal gücündə zəlzələ olub.

Trend-in ABŞ-ın Geoloji Xidmətinə istinadən verdiyi məlumata əsasən, hadisə yerli vaxtla şənbə günü 16:45-də baş verib.

Zəlzələnin episentri Pedasi yaşayış məntəqəsindən 43 km cənub-şərqdə yerləşib, dərinliyi 10 km olub.

Dağıntı və tələfat barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti