...

Moskvada avtobus tuneldəki dirəyə çırpılıb: 11 yaralı

Dünya xəbərləri Materials 31 Yanvar 2018 10:02 (UTC +04:00)
Moskvanın şimalında avtobus ayırıcı dirəyə çırpılıb.
Moskvada avtobus tuneldəki dirəyə çırpılıb: 11 yaralı

Bakı. Trend:

Moskvanın şimalında, Leninqrad şosesində avtobus tuneldəki ayırıcı dirəyə çırpılıb.

Trend-in məlumatına görə, qəza nəticəsində ən azı 11 nəfər xəsarət alıb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Qəzanın səbəbi araşdırılır.

Qeyd edək ki, bu, sutka ərzində Rusiya paytaxtında ikinci avtobus qəzasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti