...

Nazir: "Zeytun budağı"na görə heç bir dinc sakin xəsarət almayıb

Dünya xəbərləri Materials 31 Yanvar 2018 10:45 (UTC +04:00)
"Zeytun budağı" əməliyyatının gedişində dinc sakinlər xəsarət almayıb.
Nazir: "Zeytun budağı"na görə heç bir dinc sakin xəsarət almayıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələrinin Afrində apardığı "Zeytun budağı" əməliyyatının gedişində dinc sakinlər xəsarət almayıb.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

O qeyd edib ki, Türkiyə Ordusu yalnız PYD və YPG terrorçularının mövqelərini məhv edir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti