...

Səudiyyə Ərəbistanında nə baş verir? - Qadınlara bu icazə də verildi

Dünya xəbərləri Materials 1 Fevral 2018 16:43 (UTC +04:00)
Səudiyyə Ərəbistanında qadınların ictimai iaşə sektorunda işə qəbuluna icazə veriləcək.
Səudiyyə Ərəbistanında nə baş verir? - Qadınlara bu icazə də verildi

Bakı. Trend:

Səudiyyə Ərəbistanında yaxın zamanlarda qadınların ictimai iaşə sektorunda işə qəbuluna icazə veriləcək.

Trend-in məlumatına görə, ilkin mərhələdə qadınlar ölkənin 16 restoranında sınaq müddətinə işə qəbul olunacaq.

Bundan başqa, restoran sahibləri ilə birgə xüsusi məşvərət şurası yaradılacaq ki, bu şurada qadınların həmin sahədə məşğulluq strategiyası müzakirə olunacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınlar arasında işsizlik səviyyəsi 33 faiz təşkil edir. Ümumi işsizlik səviyyəsi isə ölkədə 12 faizə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti