...

İstanbulda hoteldə yanğın: yaralılar var

Dünya xəbərləri Materials 7 Fevral 2018 09:13 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində hoteldə yanğın baş verib.
İstanbulda hoteldə yanğın: yaralılar var

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İstanbul şəhərində hoteldə yanğın baş verib.

Trend xəbər verir ki, hadisə Bəyoğlu rayonunda 7 mərtəbəli hotelin 4-cü mərtəbəsində qeydə alınıb.

İlkin məlumata əsasən, yanğın nəticəsində aralarında əcnəbi vətəndaşın da olduğu 6 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Yanğın söndürülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti