Bakı. Trend:
ABŞ-ın Las-Veqas hava limanının baqaj alınma bölməsində nikah qeydiyyat bürosu açılıb.
Trend-in məlumatına görə, müvəqqəti büro 14 fevral – Sevgililər günü münasibətilə fəaliyyətə başlayıb.
Qeyd olunur ki, evlənmək arzusunda olanlar baqajın alınmasını gözləyərkən bu büroda nikahlarını rəsmiləşdirə bilərlər.
Büronun bir neçə gün fəaliyyət göstərəcəyi barədə məlumat verilib.