...

Birmingemdə teatrda partlayışdan sonra insanlar təxliyə edilib

Dünya xəbərləri Materials 14 Fevral 2018 04:14 (UTC +04:00)
Böyük Britaniyanın Birmingem şəhərində yerləşən Birmingem Repertuar Teatrında partlayış baş verib
Birmingemdə teatrda partlayışdan sonra insanlar təxliyə edilib

Bakı. Trend:

Böyük Britaniyanın Birmingem şəhərində yerləşən Birmingem Repertuar Teatrında partlayış baş verib.

Trend-in məlumatına görə, partlayışa səbəb texniki nasazlıq səbəb olub. Partlayışdan dərhal sonra teatrdakı insanlar təxliyə edilib, xəsarət alan olmayıb.

"Biz təsdiq edirik ki, bugün texniki nasazlıq səbəbindən partlayış baş verib və teatr ehtiyat tədbirləri kimi təxliyə edilib. Mənuniyyətlə bildirmək istəyirik ki, xəsarət alan olmayıb", - Uest-Midlends polisi Twitter hesabında yazıb.

Xəbər lenti

Xəbər lenti