...

Səhiyyə naziri işdən azad edildi

Dünya xəbərləri Materials 14 Fevral 2018 13:07 (UTC +04:00)
Tatarıstanın rəhbəri Rüstəm Minnixanov respublikanın səhiyyə nazirini vəzifəsindən uzaqlaşdırıb.
Səhiyyə naziri işdən azad edildi

Bakı. Trend:

Tatarıstanın rəhbəri Rüstəm Minnixanov respublikanın səhiyyə nazirini vəzifəsindən uzaqlaşdırıb.

Trend-in məlumatına görə, respublika rəhbərinin imzaladığı sərəncama əsasən, Adel Vafin tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, A.Vafin 2013-cü ilin sentyabrından respublikanın səhiyyə sahəsinə rəhbərlik edib.

Onun yerinə isə 7 saylı şəhər xəstəxansının baş həkimi Marat Sadıkov təyin edilib.

Xəbər lenti

Xəbər lenti